“Barselona” La Liqanın 21-ci turunun təxirə salınmış oyununda “Rayo Valyekano”nu qəbul edib.
Oxu.Az xəbər verir ki, matçda Kataloniya təmsilçisi 0:1 hesabı ilə uduzub.
Bu, “Barselona”nın son üç La Liqa matçında ikinci məğlubiyyəti olub.
“Barselona” – “Rayo Valyekano” – 0:1
Qol: Qarsiya, 7
Qeyd edək ki, “Barselona” turnir cədvəlində hazırda 63 xalla 2-ci, “Rayo Valyekano” isə 40 xalla 11-cidir. Siyahıya 78 xalla “Real” başçılıq edir.
www.102info.az
