İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik futbolçu Dani Olmonun çıxışından narazıdır.
“Report” “Don Balon” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis 27 yaşlı yarımmüdafiəçini növbəti görüşlərdə meydana buraxmamaq qərarına gəlib.
Alman baş məşqçi Olmonun meydanın mərkəzində kifayət qədər fəal olmadığını və pressinq zamanı komanda yoldaşlarına kömək etmədiyini bildirib.
Onun tez-tez zədələnməsi də buna səbəb olub.
Qeyd edək ki, Dani Olmo cari mövsüm Kataloniya təmsilçisinin heyətində 14 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla 2030-cu ilin yayınadək müqaviləsi var.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
