Bayden Şoyqunun dediklərini təkzib etdi

Dünya

ABŞ prezidenti Co Bayden bildirib ki, ölkəsi Mariupolun Rusiya tərəfindən tamamilə tutulması ilə bağlı təsdiqləyici faktlara malik deyil.

Bu barədə o, son çıxışı zamanı bəyan edib.

“Əvvəla, Putinin həqiqətən də Mariupola nəzarət edib-etmədiyi hələ aydın deyil. Amma biz dəqiq bilirik ki, o, humanitar dəhlizlər açmalıdır ki, insanlar bu şəhəri tərk etsinlər. Hələ ki, Mariupol tamamilə işğalı ilə bağlı heç bir sübut yoxdur”, – deyə ABŞ prezidenti bildirib.

Xatırladaq ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupolun ələ keçirildiyi barədə məlumat verib.

Eyni zamanda, Ukrayna prezident Volodimir Zelenski Mariupolun tam ələ keçirilməsini təkzib edərək, ukraynalı müdafiəçilərin şəhərdə qaldığını bildirib.

Həmçinin, Bayden çıxışında Ukraynadan olan qaçqınların qəbulu ilə bağlı yeni proqramı açıqlayıb. “Ukrayna üçün birlik” proqramını ukraynalı qaçqınların sürətləndirilmiş prosedurla Avropadan birbaşa ABŞ-a mühacirət etməsinə imkan verəcək.

Mənbə: rbk.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir