Bayden xoşagəlməz vəziyyətdən zarafatla çıxdı: “Mənə də Bidden deyə bilərsiniz” – VİDEO

Dünya

ABŞ Prezidenti Co Bayden çıxışı zamanı Nümayəndələr Palatasının üzvü Örl Blyumenauerin soyadını tələffüz etməkdə çətinlik yaşayıb.

Lakin C.Bayden sözügedən vəziyyətdə ruhdan düşməyib və soyadı yanlış tələffüz etdiyi üçün üzr istəyib.

ABŞ Prezidenti həmçinin onun soyadı ilə bağlı da yanlışa yol verilə biləcəyini söyləyib.

“Siz məni Bidden adlandıra bilərsiniz. Co Bidden”, – deyə prezident zarafatla deyib.

Qeyd edək ki, Co Bayden buna qədər də oxşar vəziyyətlərlə üzləşib. Məsələn, çıxışlarından biri zamanı o, Ukraynanın Mariupol şəhərini Metropol adlandırıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir