Belçikanın xarici işlər naziri ərinə görə vəzifəsindən getdi

Dünya

Belçikanın xarici işlər naziri Sofi Vilmes beyin xərçəngi diaqnozu qoyulan ərinin səhhətindəki problemlərə görə nazirlik funksiyalarını qeyri-müəyyən müddətə dayandırdığını bildirib.

Nazir məlumatı bu gün səhər saatlarında hökumət üzvləri ilə iclasda dilə gətirib.

“Xəstəlik həyatımıza öz təsirini göstərdi, xüsusən də həyat yoldaşım Kristoferin… İndi o dünyada bu xəstəlikdən əziyyət çəkən kişilər, qadınlar və hətta uşaqlar kimi beyin xərçənginin aqressiv formasına qarşı mübarizə aparmalıdır”, – deyə Sofi Vilmes əlavə edib.

S.Vilmes təzminat almadan hazırkı nazir vəzifəsindən dərhal istefa vermək qərarını verdiyini də açıqlayıb.

Mənbə: RTBF telekanalı

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir