Şuşaya səfər edən, 26 ölkəni təmsil edən beynəlxalq səyyahlardan ibarət nümayəndə heyəti Cıdır düzündə olub.
“Report” xəbər verir ki, 50 nəfərdən ibarət qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan nümayəndələr daxildir.
Şuşada beynəlxalq nümayəndə heyəti ermənilərin şəhərin işğalı zamanı törətdikləri cinayətlərin nəticələri, mədəniyyət və tarixi abidələrin dağıdılması və vandalizmi ilə yaxından tanış olub.
Səyyahlar Şuşa qalasına, həmçinin şəhərin işğaldan azad edilməsindən sonra inşa olunmuş Şuşa Rayon İcra Hakimiyyətinə baş çəkiblər.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
Qrupa məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidis başçılıq edir.
Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.
11:21
İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
“Report” xəbər verir ki, onlar öncə Füzuli şəhərində olublar.
Beynəlxalq nümayəndə heyəti bu ərazidə Ermənistanın işğal zamanı törətdiyi vandalizm aktları, azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olub, daha sonra türk dünyasının mədəniyyət paytaxtı elan olunan – Şuşa şəhərinə gəliblər.
Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.
Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.
Xatırladaq ki, son 2 ildə ETIC, MTP, TCC, “NomadMania”, “Türk Gezginler Klubu” və digər beynəlxalq səyahətçilərinin əsas şəbəkələri olan nümayəndə heyətlərinin genişləndirilmiş tərkibində Qarabağa və Şərqi Zəngəzura 8 səfər təşkil olunub.
Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “Black tourism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi üçün mühüm əhəmiyyət kəsb edir.
09:14
Bu gün dünya şöhrətli “NomadMania” beynəlxalq səyahətçilər klubunun Qarabağa səfəri başlayıb.
Oxu.Az xəbər verir ki, heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa “NomadMania” klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarından olan Harri Mitsidis şəxsən başçılıq edir.
Heyət üç gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” klublarının geniş tərkibdə heyətləri ötən iki ildə səkkiz dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca doqquzuncu analoji səfərdir.
