Biləsuvarda 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.

Cəmiyyət
24 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun, hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, Şirvan – Salyan Regional Təhsil İdarəsinin rəhbərlərinin, təhsil işçilərinin, müəllimlərin və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə şagirdlərin çəkdiyi rəsmlərdən və əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Sonra Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi.
Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov çıxış edərək tədbir iştirakçılarını, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib xoş arzularını çatdırdı. Qeyd olundu ki, Yeni il bayramı, eləcə də Həmrəylik Günü xalqımız tərəfindən hər zaman, xoş əhval-ruhiyyə və sevinclə qarşılanır. İcra başçısı xüsusilə son 3 ildə qalib və həmrəy xalqın nümayəndəsi olaraq bu bayramları daha böyük coşquyla qeyd etməyin sevincini bölüşdüyünü bildirdi.
Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli çıxış edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə qonaqları təbrik etdi, gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüş, həmçinin təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş müəllimlər və olimpiada yarışlarında uğur qazanmış şagirdlər Təşəkkürnamə ilə təltif olundu.
Tədbir şagirdlərin hazırladıqları maraqlı musiqili bədii proqramla davam etdirildi.
May be an image of 8 people, people sitting and people standing
May be an image of 14 people, people standing and indoor
May be an image of 12 people, people standing and indoor
May be an image of 18 people, people standing and suit
May be an image of 9 people, people standing, suit and indoor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir