Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatı 1-ci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış leytenant Babaxanov Şahin Zülfüqar oğlunun ildönümü ilə əlaqədar Gəncə şəhərinin “Şəhidlər Xiyabanın”da məzarını ziyarət edib əziz xatirəsini ehtiramla yad etdilər.Şəhid Babaxanov Şahin 05 may 1964-cü ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olmuşdur.Orta məktəbi əla qiymətlərlə oxuyan Şahin vətənpərvərliyi ilə də diğərlərinə nümunə olmuşdur.O, hərbi xidmətini Sovet ordusu sıralarında odlu-alovlu Əfqanıstan Respublikasında keçmişdir.Şahin Babaxanov Azərbaycan Politexnik İnistitunun tələbəsi olduğu vaxt Ermənistan silahlı birləşmələri ölkəmizə qarşı təxribatlara başlamışdır.1993-cü ilidə Şahin bir qurup tələbə yoldaşları ilə könüllü olaraq cəbhəyə yola düşmüşdür.Aprelin dördündən beşinə keçən gecə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının əməkdaşları Qənaət Əsgərov,Elçin Salahov,Habil Məmmədov,Şəhidin qardaşı və bacıları işdirak etdilər.Şəhidin bacısı Məleykə Babaxanova göstərilən dövlət qayğısından danışaraq, Ali Baş Komandan möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əiyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
www.102info.az