Yevlaxda “Biz Vətən üçün doğulduq” kitabının təqdimatı olub

Bölgə


Vətən müharibəsində şəhid olmuş yevlaxlılara həsr edilmiş ikinci nəşrin – “Biz Vətən üçün doğulduq” kitabının təqdimatı olub.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra mərasimdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Qələbə qazandığı 44 günlük Vətən müharibəsində Yevlax rayonunun da yüzlərlə igid övladı döyüşə atıldı, Vətən uğrunda səfərbər oldular. Vətən müharibəsində Yevlaxdan 65 qəhrəman Vətən övladları şəhadətə yüksəldi. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Bu gün hər birimizin qəlbində böyük qürur və iftixar hissi var. Bizim yad etdiyimiz hər bir şəhidimiz Vətən tarixinin ən şanlı səhifələrinin müəlliflərindən olublar. Onlar böyük qəhrəmanlıqlara imza atıblar. Xalqımız əbədi olaraq bu igidlərin adlarını yaddaşlarda saxlayacaq, daim yaşayacaqlar.

Deputat İlham Məmmədov bildirib ki, bizim borcumuz şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək, onu yeni nəslə ötürməkdir. Bu gün təqdimatına toplaşdığımız növbəti, ikinci kitab olan “Biz Vətən üçün doğulduq” kitabı da məhz istiqamətdə görülən işlərin nəticəsində meydana çıxıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir