Bolqarıstanda yük maşınında 18 ölü miqrant tapılıb – FOTO

Dünya

Bolqarıstan polisi cümə günü, fevralın 17-də Sofiya yaxınlığında içərisində 40-a yaxın qeyri-qanuni miqrantın olduğu yük maşını tapıb.

İlkin məlumata görə, gizli kupedəki insanların 18-i artıq ölü olub.

Bildirilir ki, qeyri-qanuni miqrantların ölümünün ehtimal olunan səbəbi hava çatışmazlığıdır.

Miqrantlardan 16-sı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 10 nəfərə yerindəcə tibbi yardım göstərilib.

Polis məsələ ilə bağlı araşdırma aparır.

Mənbə: mk.ru