Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Braziliyada ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı
şanlı Zəfərin 5 illiyi münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki, bu
barədə Komitə məlumat yayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi və braziliyalı jurnalist Fabiana Ceyhanın təşkilatçılığı
ilə baş tutan tədbir hər iki ölkənin Dövlət himnlərinin
səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik
sükutla yad olunması ilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun şanlı
Zəfərimiz münasibətilə tədbir iştirakçılarına ünvanladığı təbrik
mesajı diqqətə çatdırılıb.

Daha sonra komitənin şöbə müdiri Səlhət Abbasova çıxış edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Ordumuzun qazandığı qələbənin sülhün, ədalətin və həmrəyliyin rəmzi
olduğunu vurğulayıb. Komitənin dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın fəaliyyətinə göstərdiyi dəstəkdən, dostluq
münasibətlərinin möhkəmləndirilməsi və milli-mədəni irsimizin
tanıdılması istiqamətində həyata keçirilən layihələrdən söz açıb.
Braziliyalı jurnalistlərə və ictimaiyyətin fəal nümayəndələrinə
tədbirdə iştiraka görə təşəkkürünü bildirib.


<!—->
<!––>

Jurnalist Fabiana Ceyhan çıxışında Azərbaycanın işğaldan azad
olunan ərazilərinə səfər edən ilk latın amerikalı media mənsubu
olduğunu xüsusi vurğulayıb. Həmin torpaqlarda aparılan
genişmiqyaslı yenidənqurma işlərindən bəhs edib.

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı
Səfirliyinin əməkdaşı Rafiq Rüstəmov Braziliyada şanlı Zəfərimizə
həsr olunan belə bir toplantının keçirilməsinin önəmindən
danışıb.

Braziliyalı politoloq Joa Zimmer Xavier Azərbaycanın mədəniyyət
paytaxtı Şuşanın azad edilməsinin tarixi əhəmiyyətinə diqqət çəkib.
Bu Qələbənin uzun illər davam edən münaqişəyə son qoyduğunu
vurğulayıb.

Tədbirdə Vətən müharibəsinin qəhrəmanlarının xatirəsinə həsr
olunan “Dəmir Yumruq” filmi, eləcə də Azərbaycan mədəniyyətinin
zənginliyinə dair videoçarxlar nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir