Böyük Britaniya Maliyyə Nazirliyi sanksiyalar tətbiq edilmiş “Qazprombank”la əməliyyatlar aparmağa icazə verən və mayın 31-dək qüvvədə olacaq ümumi lisenziya təqdim edib. Bu barədə Böyük Britaniya Maliyyə Sanksiyaları İdarəsinin bəyanatında bildirilib.
Qeyd olunur ki, lisenziya 21 aprel 2022-ci il tarixində qüvvəyə minir və 31 may 2022-ci il tarixinə qədər etibarlıdır. Qurumdan məsələ ilə bağlı verilən izahatda qeyd olunur ki, bu lisenziya “Qazprombank” vasitəsilə Rusiya qazı üçün ödəniş edən Aİ-yə üzv ölkələrin şirkətlərinin maraqları nəzərə alınmaqla verilib.
Mənbə: Rambler.ru
www.102info.az
