Britaniyalı nazir Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Siyasət

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.

Oxu.Az xəbər verir ki, ziyarətdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da iştirak edib.

“1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik. Kreml indi də oxşar hadisələri Ukraynada törədir”, – səfir “Twitter” hesabında yazıb.

Qeyd edək ki, L.Dokerti Azərbaycanda səfərdədir.

 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir