… Ermənistan tərəfinin böyük görüşlərin öncəsində və sonrasında atəşkəsi pozması, əsas fikri cərəyan edən proseslərdən yayındırmaq cəhdləri ənənəvi taktikadır.
…Brüssel görüşünün ardınca da biz bunun şahidi oluruq. Xüsusən də sərhəd bölgəsində atəşkəsi pozmaqla KTMT-ni bu oyunlara alət etməyə çalışır”.
…Millət vəkilinin sözlərinə görə, Brüssel danışıqları vasitəsilə proseslərdən Rusiyanın uzaqlaşdırılması ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur:
“Çünki həm Rusiya, həm də Avropa İttifaqı Cənubi Qafqaz regionunda sülh və sabitliyin olmasında maraqlıdır. Onlar da istəyirlər ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi imzalansın. Azərbaycan tərəfi öz növbəsində bu mövqeyi dəstəkləyir”.
Arzu Nağıyev bildirib ki, atəşkəsin pozulması həm də Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. O qeyd edib ki, qondarma rejimin müdafiə naziri Arzumanyanın həbsindən sonra vəziyyət mürəkkəbləşib:
“Paşinyan Ermənistan cəmiyyətinin hiddətini özündən uzaqlaşdırmaq üçün Arzumanyanın həbs olunması tapşırığını verib. Ermənistan prosesləri davam etdirmək üçün bu cür manipulyasiyalara əl atır, o cümlədən atəşkəsin pozulması da bu siyasətin tərkib hissəsidir”…
