Bu gün görkəmli jurnalist Akif Bayramoğlu Quliyevin anım günüdür

Baş səhifə


Bu gün Azərbaycan jurnalistikası və ədəbiyyatına böyük töhfələr vermiş görkəmli jurnalist Akif Bayramoğlu Quliyevin anım günüdür. 1950-ci ildə anadan olmuş Akif Quliyev 25 ildən çox mətbuatda çalışmış, qəzet redaksiyalarında fəaliyyət göstərmişdir. O, bir çox kitabın müəllifi və redaktoru olmuş, yazdığı şeirlər və bəstələnmiş mahnılar bu gün də xalqımızın dilində əzbərdir.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Akif Quliyev yüksək peşəkarlığı ilə seçilmiş, “Qızıl Qələm” mükafatı ilə təltif edilmişdir. Onun əsərləri doğma vətənə sevgi, vətənpərvərlik ruhu ilə doludur.

Akif Bayramoğlu Quliyev 8 noyabr 2012-ci ildə vəfat etmişdir. Bu gün biz onu hörmətlə yad edir, Azərbaycan jurnalistikası və ədəbiyyatına verdiyi böyük xidmətləri unutmuruq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir