
Bakı. Trend:
Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan
rezident maliyyə institutları tərəfindən buraxılmış “American
Express” kartları (statistik vahidlərin ödəniş kartları da daxil
olmaqla) vasitəsilə ümumilikdə 5,9 min əməliyyat aparılıb və bu
əməliyyatların ümumi həcmi 0,9 milyon manat təşkil edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əvvəlki ay ilə müqayisədə əməliyyatların sayı 1,056 milyon (99,4
faiz), əməliyyatların həcmi isə 26,3 milyon manat (96,7 faiz)
azalıb.
<!—->
<!––>
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən
buraxılmış “American Express” kartları ilə aparılan əməliyyatların
sayı 1,9 milyon, ümumi həcmi isə 1 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-rezident maliyyə
təşkilatları tərəfindən buraxılmış American Express kartları ilə
aparılan tranzaksiyaların sayı 0,5 min və ya 35,7 faiz,
tranzaksiyaların həcmi isə 0,1 milyon manat və ya 11,1 faiz
artıb.
Qeyd edək ki, rezident kartlarla əməliyyat dedikdə, Azərbaycanda
fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən
buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün
əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlarla əməliyyat
isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən
buraxılmış kartlarla aparılan tranzaksiyaları əhatə edir.
