Bulvarda iyrənc mənzərə: Çirkab suları birbaşa Xəzərə axıdılır – VİDEO

Cəmiyyət

Xəzərə axıdılan çirkab sularının yaratdığı iyrənc mənzərənin görüntüləri yayımlanıb.

Oxu.Az-ın məlumatına görə, görüntülər Bakıda, Dənizkənarı Bulvar ərazisində lentə alınıb.

Videoda dəniz suyunun çəkildiyi yerlərdə çirkab sularını aydın görmək mümkündür. Bu kimi halları kimin törətdiyi isə məlum deyil.

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntülərə rəy bildirən şəxslər dəniz suyu çəkildiyi zaman daha çox zibilin üzə çıxacağını düşünürlər.

Sözügedən görüntüləri təqdim edirik:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir