Narkotik satışı ilə məşğul olan keçmiş məhkum yenidən həbs olundu – FOTO

Cəmiyyət

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində Yuxarı Ləki kənd sakini Əhmədiyyə Qafarov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində daşıdığı 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Ə.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

  www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir