Hava proqnozu: Sabah qar yağacaq

Cəmiyyət

Bakıda və Abşeron yarımadasında martın 18-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° , gündüz 7-9°, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir