Azərbaycanlı oliqarxın Ukraynadakı 1 milyard dollarlıq biznesi məhv olub

Cəmiyyət

Ukraynada davam edən müharibə Azərbaycanın məşhur oliqarxı İman Quliyevi ciddi ziyana salıb.

Bu barədə azpolitika.info məlumat yayıb.

Bildirilib ki, İman Quliyevin Sumı vilayətindəki böyük biznes şəbəkəsinin hərbi əməliyyatlar zamanı tamamilə sıradan çıxdığı bildirilir. Həmçinin, azərbaycanlı oliqarxın Kiyev yaxınlığında inşa etdirdiyi yaşayış kompleksi də zərər görüb.

Qeyd edək ki, İman Quliyevin oğlu Araz Quliyev Ukraynada daşınmaz əmlak biznesi ilə məşğul olur. Araz Quliyev həmçinin Sumı vilayətindən Ali Radaya deputat da seçilib.

İman Quliyevin Ukraynadakı sərmayəsinin həcminin isə 1 milyard dollar civarında olduğu bildirilir.

Ancaq bəzi məlumatlara görə, İman Quliyev əslində “proksi” fiqurdur. Onun adına olan biznesin əsl sahibləri Azərbaycanda yüksək vəzifə tutan məmurlardır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir