Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib

Cəmiyyət


Martın 18-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Auditorlar Palatasının sədri Vahid Novruzov, YAP Təftiş Komissiyasının üzvləri və partiyanın yerli təşkilatlarının sədrləri də iştirak edib. İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının 2021-ci il üzrə Maliyyə hesabatları” və “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat Aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədinin təsdiq edilməsi məsələləri daxil edilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 2021-ci il üzrə maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə iclas iştirakçılarına təqdim edib.

İclasın gündəliyinin ikinci məsələsi olan “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat Aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədini təqdim edən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu sənəd siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik və bir sıra normativ-hüquqi sənədlər əsasında hazırlanmışdır və partiyada vahid uçot sisteminin yaradılmasını nəzərdə tutur.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sənədin mahiyyəti haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Auditorlar Palatasının sədri Vahid Novruzov sənədə dair müsbət rəyini bildirərək qeyd ediblər ki, bu sənəd Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi şəffaflıq strategiyasına uyğundur.

Daha sonra YAP İdarə Heyətinin üzvləri Bahar Muradova, Hikmət Məmmədov, Rəşad Mahmudov, Ramiz Hüseynov və Elmar Qasımov çıxış edərək sənədin əhəmiyyətini vurğulayıblar.

Müzakirələrdən sonra hər iki sənəd təsdiq olunub.

İclasa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib, iclas iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir