Sabirabadda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb

Cəmiyyət

Sabirabadda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb.

“Report” xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasını reanimasiya şöbəsinə yerləşdirilən, 1979-cu il təvəllüdlü Abışova Günay Abdul qızı həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, gecə saatlarında rayonun Kürkəndi kəndində “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı divara çarpılıb. Nəticədə G.Abışova olmaqla 4 nəfər ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir