Qazaxda dəhşətli ölüm hadisəsi: Zibil yığan maşından yıxılaraq altında qaldı

Cəmiyyət

Qazaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, təmizlik idarəsinin əməkdaşı B.Əliyev hərəkətdə olan zibil yığan maşının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.

Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib. Hadisə şəhərin Bakı küçəsində baş verib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir