Qaxda yol polisinin reydində 15 sürücü cərimələnib – FOTO

Cəmiyyət

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon  ərazisində hərəkətin intensiv olduğu küçə və yollarda   reyd keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, reyd zamanı 60-dək avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.  Həmin avtomobillərin sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparıb və standartlara cavab verməyən 15 nəqliyyat vasitəsinin  sürücüsü barəsində inzibati qaydada tədbir görülüb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir