Samir Şərifovun keçmiş müşavirinə sığorta şirkətində yüksək vəzifə verildi

Cəmiyyət

“Atəşgah Sığorta” Şirkətinin Direktorlar Şurasında dəyişiklik olub.

“Atəşgah Sığorta” Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev APA-ya bildirib ki, Direktorlar Şurasının üzvləri Vaqif Əliyev və Vladimir Solovyov şirkətdən ayrılıblar. Onları bu vəzifədə Namiq Xəlilov və Yekaterina Şebarova əvəzləyiblər.

Qeyd edək ki, Namiq Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci ildə isə nazir Samir Şərifov Namiq Xəlilovu özünə müşavir təyin etmişdi.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir