Ukraynada 100-dən çox azərbaycanlı mühasirədə – Altı gündür əlaqə kəsilib

Cəmiyyət

Ukraynanın Mariupol şəhərində 100-dən çox azərbaycanlı mühasirədə qalıb.

Bu barədə Bakupost.az -a mühasirədə qalan ailələrin birinin üzvü Tural Həmidzadə məlumat verib.

Onun sözlərinə görə, 6 gündür ki, mühasirədə qalan adamlarla əlaqə kəsilib:

“Rus ordusu oranı yerlə-yeksan edir, hər tərəf darmadağındır. 6 gün əvvələ kimi danışırdıq, indi bütün əlaqələr itib. Orda mənim atam, bacılarım, bacım uşaqları, bibim, xalam, xalamın oğlu və 6 aylıq nəvəsi var. Onların yaşayıb-yaşamadıqları məlum deyil. O qədər adamın həyatı deyəsən, heç kim üçün maraqlı deyil…

Səfirlik vaxtında xəbər vermədi ki, onları həmin ərazidən çıxardaq”.

T. Həmidzadə deyib ki, səfirlikdən evakuasiya edilmək üçün avtobus göndəriləcəyinə söz verilsə də, buna əməl etməyiblər:

“Bacım Afaq Həmidova Mariupolda cəmiyyət sədridir. Səfirlik ondan azərbaycanlıların siyahısını istəmişdi.

O da fevralın 26-sı 100 nəfərlik siyahı vermişdi ki, avtobus göndərilsin, evakuasiya edilsinlər. Lakin avtovuslar göndərilmədi”.

Qeyd edək ki, Sumı, Xarkov, Poltava, Dneprdə də xeyli azərbaycanlı köməksiz vəziyyətdə qalıb.

Rumıniya çöllərində acınacaqlı vəziyyətdə qalan çox sayda soydaşımızın olması barədə də məlumatlar var

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir