Bakıda avtomobil üç maşına dəyərək aşıb – FOTO

Cəmiyyət

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

“Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək yol kənarında dayanan “Volkswagen” , “Mercedes” və “GMC” markalı maşınlara çırpılıb. Zərbənin gücündən idarəetmədən çıxan “Kia” aşıb. Daha sonra qəzaya səbəb olan avtomobilin sürücüsü maşından çıxaraq ərazidən uzaqlaşıb. Hadisə yerinə hüquq mühafizə orqanın əməkdaşları cəlb edilib.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir