Gəncədə avtoxuliqanlıq edən şəxslər həbs olunublar – FOTO/VİDEO

Cəmiyyət

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPŞ) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Göygöl rayon sakini İslam Kərimov idarə etdiyi VAZ markalı avtomobil ilə yollarda intizamsızlıq göstərərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İslam Kərimov 1 il müddətinə sürücülük hüququndan məhrum olunmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq etdiyi təhlükəli manevrlərlə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəhər sakini Faiq Nəcəfov saxlanılıb. Sürücülük hüququ olmadan avtomobil idarə edən və yol polisi əməkdaşlarının “saxla” əmrinə tabe olmayan F.Nəcəfov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.