Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi dəyişdirildi – FOTO

Cəmiyyət

17 və 24 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən, 17 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Yusif Vəzir Çəmənzəminli küçəsindən Zaur Nudirəliyev küçəsinə, 24 nömrəli marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi isə Təbriz küçəsindən Murad Qafur küçəsinə keçirilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir