Bakıda “London taksi”si iki nəfəri vurub: Ölən var

Cəmiyyət

Bakıda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA xəbər verir ki, Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi “London taksi”si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar – 1992-ci il təvəllüdlü Nurlan Hümbətovu və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub.

Hər iki piyada aldıqları xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Nurlan Hümbətov orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir