Bakı-Şuşa avtobusu vaxtında geri qayıda bilməyib – FOTO

Cəmiyyət

Martın 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Məlumata görə, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir. Dövlət Qoruğu İdarəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər “Xarıbülbül” hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir