Mingəçevir sakini həyətində 35 it saxlayır – VİDEO

Cəmiyyət

Mingəçevirdə yaşayan Pənah Xəlilov 20 ilə yaxındır ki, itlərin təlimi ilə məşğuldur. Kiçik yaşlarından Rusiyada öyrəndiyi işi indi “Nur şəhəri”ndə, çox da böyük olmayan həyətində davam etdirir.

Şəhər sakini alman, ingilis və s. cinslərdən olan itləri həm bəsləyir, həm də onların təlimi ilə məşğul olur. 

P. Xəlilov deyir ki, Mingəçevirdə sahibsiz itlər üçün sığınacaqlara ehtiyac var. Çünki sahibsiz heyvanları avtomobil vurur, çox vaxt isə baxımsızlıqdan xəstəliklərə tutulurlar.

İtlərin təliminin o qədər də asan olmadığını bildirən kinoloq deyir ki, hər heyvana özünəməxsus tərzdə yanaşmaq lazımdır. Hər bir itin cinsinə və aldığı təlimə görə qiyməti fərqli olur.

Hazırda Mingəçevir sakini Pənah Xəlilov həyətində 35 it saxlayır. Onların arasında alman cinsləri üstünlük təşkil edir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir