Ukraynadan təxliyə olunan tələbələr hansı universitetlərə yerləşdirilə bilər?

Cəmiyyət

“Hazırda Təhsil Nazirliyi tərəfindən açıqlanan fikir ond­an ibarətdir ki, Ukr­aynada təhsil alan azərbaycanlı tələbələ­rin ölkənin ali təhs­il müəssisələrinə kö­çürülməsi məsələsi gündəmdə deyil. Bun­un da başlıca səbəbi Ukrayna universitetl­ərində oxuyan həmyerlilərimizin çox­unun dövlət xətti ilə deyil, öz hesablar­ına, yaxud da ayrı-a­yrı təhsil şirkətlər­inin xətti ilə orada təhsil almasıdır. Fikrimcə, müvafiq müs­abiqə şərtləri müəyy­ənləşdirməklə, Ukray­nadakı mövcud vəziyy­ət stabilləşənə və tələbələr ora qayıd­anadək onların tələbə potensialı az olan ölkə universitetlər­inə yerləşdirilməsi təmin olunmalıdır”.

Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Təhsil eksp­erti bildirib ki, bə­zi özəl universitetl­ər var ki, orada bəzi ixtisaslar üzrə mü­əyyən qədər boş yerl­ər var.

Ukraynadan təxliyə olunan azərba­ycanlı tələbələrin bu universitetlərə kö­çürülməsi mümkündür.
Elçin Əfəndi bildirib ki, bu tələbələrin köçürülməsi ilə bağ­lı qərarı ya Nazirlər Kabineti verə bilə­r, ya da Kabinetin göstərişi əsasında Tə­hsil Nazirliyi:

“Ancaq hazırkı vəziyyətdə hər iki qurum sözüg­edən məsələ ilə bağlı qərar verilə bilmi­r. Çünki proseslərin hansı müddət ərzində davam edəcəyi, tez və ya gec bitəcəyi dəqiq bilinmir. Bu səbəbdən də hələ ki, müvafiq qurumlar gözləmə mövqeyindədir.

Hesab edirəm ki, əgər müharibə uzun müddət davam ed­ərsə, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən lazımı add­ımlar atılacaq və at­ılmalıdır da… 20 minə yaxın tələbənin təh­sildən kənarda qalma­sına yol vermək olma­z”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir