Beş əsrlik hamam məhv olmaq üzrədir – VİDEO

Cəmiyyət

Sumqayıtda beş əsrlik hamam məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Hacı Məcid hamamı Sumqayıtın Corat qəsəbəsindəki iki qədim hamamdan biridir. Qəsəbə sakinləri arasında “köhnə hamam” kimi də tanınır. Hamamın təxminən 2 metrə yaxın hissəsi yerin altında yerləşir. Yerüstü hissəsinin hündürlüyü isə 1,5 metrdir. 

Qəsəbə sakinləri deyirlər ki, hamamın kanalizasiya boruları saxsıdan olub. Suyu isə müalicəvi əhəmiyyətə malik olan şirin və kükürdlü Nəbi bulağından təmin edilib. 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mütəxəssisi Məhəbbət Hüseynova hamamın təmir-bərpası işləri üçün maliyyə ayrılmadığını bildirib. 

Corat qəsəbəsi üzrə icra nümayəndəsi isə deyib ki, yazılı və şifahi müraciətlərinə bu günə kimi müsbət cavab verilməyib.

Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsindən bildirilib ki, hamam yeni tapılan abidələr siyahısına daxil edilib. Nazirliyin siyahısında 1400 belə abidə yer alıb. Yaxın gələcəkdə bu tarixi abidənin dövlət mühafizəsinə verilməsi ilə bağlı toplanan sənədlər təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Əraflı Baku TV-nin süjetini təqdim edirik:

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir