Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq

Cəmiyyət

Bakı-Ağdam-Bakı istiqamətində marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, sözügedən istiqamətdə əlavə reysin açılması qərara alınıb.

Aprel ayından etibarən sərnişinlər Bakı-Ağdam-Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir