Ukraynada həlak olan azərbaycanlı iş adamının bacısı danışdı: “Meyitlər həyətdə qalıb” – VİDEO

Cəmiyyət

Ukraynada həlak olan soydaşımız, həyat yoldaşı və qaynanasının nəşi hələ də Xarkov vilayətinin  Çirkun kəndində yaşadıqları evin həyətində qalıb. Həmin ərazi təhlükəli olduğu üçün onların nəşini çıxarmaq mümkün deyil. Yaxınları deyirlər ki, onların 3 övladı da hadisə zamanı orada olublar. Həmin uşaqların hazırda harada olduğunu da öyrənmişik. 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində martın 5-də həlak olan həmyerlimiz Emin Mahmudov, onun həyat yoldaşı və qaynanasının nəşləri hələ də hadisə yerində qalıb. Bu barədə “XəzərXəbər”ə mərhumun bacısı Samirə Babayeva məlumat verib.O bildirir ki, qardaşıgil Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olublar. Hazırda həmin ərazilərə giriş təhlükəli olduğu üçün ailə üzvlərinin nəşi həyətlərində ortalıqda qalıb.Yaxınları onların nəşinin Azərbaycana gətirilməsini istəyirlər

Samirə Babayeva deyir ki, qardaşı uzun illərdir Ukraynada yaşayıb və oranın vətəndaşlığını qəbul edib. Ukraynalı xanımla ailə qurub və hazırda 3 övladı var. Hadisə baş verən zaman övladları da evdə olublar. Onların həyətinə 2 raket atılıb. 

Onlara bu barədə qardaşı uşaqları və qardaşıgilin ukraynadakı qonşuları məlumat verib. Emin Mahmudovun bacısı hazırda qardaşı uşaqlarının vəziyyəti barədə də danışıb.

Qeyd edək ki, Emin Mahmudov Lənkaranın Boladi kəndində dünyaya göz açıb. O Ukraynada təhsil alaraq orada yaşayıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.