Anar Kərimov: “Şuşa söhbətləri”ndə vətəndaşların iştirakına da şərait yaradılacaq”

Cəmiyyət

“Mədəniyyət paytaxtımız Şuşa bu il azadlığının ikinci ildönümünü yaşayacaq”.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Şuşa söhbətləri” layihəsinin təqdimat mərasimində deyib.

O qeyd edib ki, bu il eyni zamanda Şuşanın yaranmasının 270 illiyidir.

“Şuşanın əhəmiyyəti yalnız onun tarixindən yox, həmçinin mədəniyyət beşiyimiz olmasından irəli gəlir. “Şuşa söhbətləri” layihəsində vətəndaşların iştirakına və öz fikirlərini səsləndirməsinə də şərait yaradılacaq. Bu müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır”, – deyə nazir əlavə edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir