Rublun dəyər itirməyi Azərbaycan fermerlərinə necə təsir edir? – VİDEO

Cəmiyyət

Cəlilabadlı fermerlər Rusiya rublunun kəskin ucuzlaşmasından ciddi narahatlıq keçirir. Bir çox fermerlər isə birbaşa olaraq ciddi iflasla üz-üzə qalacaqlarını deyir. 

Rusiya-Ukrayna münaqişəsi fonunda ucuzlaşan rublun hazırkı vəziyyəti və Rusiyanın bank sistemlərindəki çətinliklər bu ölkənin bazarlarına əsasən kartof və çiyələk ixrac edən fermerlərin əl-qolunu kifayət qədər bağlayır. Fermerlər sürətlə dəyər itirən rublla məhsul satışını iqtisadi mənfəətdən kənar sayır. Təsərrüfatlarını genişləndirmiş, banklardan kifayət qədər kredit almış, Rusiya bazarlarından yaz mövsümü üçün xeyli sifarişləri olan fermerlər mövcud vəziyyətin çətinliklər yaradacağını qeyd edir. 

Təsərrüfat sahibləri deyir ki, tezliklə əkin sahələrində növbəti mərhələli işlər aparılmalıdır. Vəziyyətin qeyri-sabitliyi həm yerli fermerlər, həm də Rusiya bazarları üçün ciddi çətinlik yaradıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir