İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günüdə şəhidlərimizin əziz xatirəsi yad edilib.

Cəmiyyət
İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak edib. Anım tədbirləri rayonun bütün kəndlərində şəhid məzarları önündə keçirilib, həmçinin şəhid ailələri evlərində ziyarət olunub.
Sentyabrın 27-də – Anım Günü ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səs siqnalları verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
May be an image of 4 people and monument
May be an image of 5 people, road and text
May be an image of 8 people and the Tomb of the Unknown Soldier

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir