“Məşğulluq marafonu” üzrə 1894 şəhid ailəsi üzvü və qazi işlə təmin edilib

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 623 işəgötürən qoşularaq 4 320 vakansiya təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna mühüm dəstək olan marafon çərçivəsində həmin kateqoriyalardan olan 1 894 nəfər işlə təmin olunub.

“Məşğulluq marafonu”nda iştirak etmək istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.