Bülbülə qəsəbəsində Torpaq çərşənbəsi – FOTOREPORTAJ

Cəmiyyət

Bu gün Novruz bayramına qədər qeyd olunan ilaxır çərşənbələrdən sonuncusudur.

Mart ayının 15-i ilin ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi qeyd olunub.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq fallarına çıxılır. 

Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Oxu.Az əməkdaşları Bülbülə qəsəbəsində Torpaq çərşənbəsinin necə qeyd edildiyini lentə alıb. 

“Global Photo Stock”un əməkdaşının Bülbülədən fotoreportajını təqdim edirik:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.