İranda çərşənbə mərasimlərində 10 nəfər ölüb, onlarla adamın bədən üzvləri kəsilib – FOTO

Cəmiyyət

İranda bu il keçirilən çərşənbə mərasimlərində baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, yüzlərlə adam yaralanıb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, yaralılardan 44 nəfərin bədən üzvləri kəsilib.

Bundan başqa, 113 nəfərin görmə qabiliyyəti ciddi zədələnib, 181 nəfər isə yanıq xəsarətləri alıb. Hazırda yaralılardan 31 nəfəri hələ də xəstəxanalarda müalicə alır.

Qeyd edək ki, bu il də daxil olmaqla hər il İranda pirotexniki vasitələrin partladılması nəticəsində yüzlərlə insan ölür və ya ciddi yaralanır.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir