Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə direktor müavinləri və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb.

Cəmiyyət

Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti mərhələsi olan müsahibə mərhələsinə 21.11.2023-cü il tarixdən start verilib

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

Şirvan-Salyan Regional Təhsil İdarəsi direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzu edir.

Bir 1 kişi görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir