Valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı yataqxana: Qızıldaşdan dəhşətli görüntülər – VİDEO

Cəmiyyət

İnternatda yaşayan uşaqların məzun olduqdan sonra yaşamaq üçün köçürüldükləri bina yararsız vəziyyətdədir.

ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində internatda yaşayan uşaqların məzun olduqdan sonra sosial inteqrasiyası ilə bağlı müzakirələr aparılıb.

İnternat məzunlarının sosial inteqrasiyası dövlət tərəfindən tənzimlənsə də, bununla bağlı bir sıra problemlərin hələ də mövcud olması heç də sirr deyil. Mövzu ilə bağlı müxtəlif məkanlarda aparılan çəkilişlər zamanı müsahiblər qarşılaşdıqları çətinlikləri dilə gətiriblər.

Qızıldaş qəsəbəsində yerləşən, valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqların yaşadığı yataqxanada isə vəziyyət çox acınacaqlıdır. Binanın istismar müddəti bitdiyindən bütün otaqların rütubət olduğu, yağan yağışların tavandan süzüldüyü açıq aydın görünür. Düzdür bir çoxları evlə təmin olunsa da, orada yaşayanların şəraitsizlikdən əziyyət çəkdiklərini görməmək mümkün deyil.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir