Xalqımızın seçimi bəllidir  

Cəmiyyət

  Məlum olduğu kimi ölkəmizdə növbədənkənar prezident seçkiləri elan edildi. Belə ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dekabrın 7-də bununla bağlı imzaladığı sərəncama görə, növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunub.

       Ölkəmizin şərəfli günlər yazılan tarixinə Zəfər seçkisi kimi düşəcək bu əlamətdar hadisənin baş verməsini şərtləndirən bir neçə səbəb vardır ki, onların biri və əlbəttə Böyük Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsi və qısa müddətli lokal antiterror əməliyyatı ilə ölkəmizdə və bütövlükdə regionda yaranan yeni reallıqdır.

         Konstitusiyamızda seçkilərin bütün ölkə ərazisində keçirilməsi müddəası var, onu unutmamalıyıq. Aydındır ki, ermənilərin və onların havadarlarının işğalçılıq siyasətinin qurbanına çevrilən respublikamızda indiyə qədər keçirilən prezident, parlament və ya bələdiyyə seçkiləri bütün ölkə ərazisini əhatə etməyib. İndi isə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olunub.

        Deməli, başda prezident seçkiləri olmaqla digər seçkilərin bütün ölkə ərazisində keçirilməsi konstitutsiya tələbidir. Ölkə rəhbəri də bu addımı ilə öz irəli sürdüyü demokratik təşəbbüslə yerinə yetirmiş olur. Belə olan halda bəzi bəd niyyətli qara qüvvələrin bu növbədənkənar seçki qərarına şübhə ilə yanaşmaları, özlərinə sərf edən yorumlar, şərhlər bildirmələri tamamilə absurd fikirlərdirOnlar çox əla bilirlər ki, qatılacaqları halda növbəti seçkilərdə məğlub olacaqları indidən məlumdur. Ona görə sosial şəbəkələrdə uydurma fikirlər yayaraq öz məğlubiyyətlərinə bir yolla don geyindirməyə çalışırlar.

       Prezident seçkilərin nə vaxt keçirilməsindən asılı olmayaraq bu xalq, bu millət özünün həmişəlik dövlət başçısını 20 il bundan əvvəl bəyan edib. Sözü imzası qədər dəyəyərli və keçərli olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.

       “Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq”, – söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilirYenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən Qarabağda reallaşan möhtəşəm layihələr dostlarımızı sevindirir, düşmənlərimizin bağrını yarır. 

Elçin Hüseynov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir