Sumqayıt Şəhər Məhkəməsinin hakimi yeni vəzifəyə təyin edildi

Cəmiyyət

Sumqayıt Şəhər Məhkəməsinə kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.

Bu barədə “Report”a məhkəmədən məlumat verilib.

Bildirilib ki, bu vəzifə məhkəmənin hakimi Azər İsmayılova tapşırılıb.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü İsmayılov Azər İbrahim oğlu 2013-cü ildən Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyir.

O, 1997-2000-ci illərdə Nəsimi Rayon Məhkəməsində kargüzar, iclas katibi, 2001-2008-ci illərdə Sumqayıt Şəhər Məhkəməsində məsləhətçi, böyük məsləhətçi, 2008-2013-cü illərdə isə Nizami Rayon Məhkəməsinin (Bakı) hakimi vəzifəsində çalışıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir