İlaxır çərşənbədə yanıq xəsarəti alanların sayı AÇIQLANDI

Cəmiyyət

Dünən Azərbaycanda Novruz bayramının İlaxır çərşənbəsi – Torpaq çərşənbəsində doqquz nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

Bu barədə Oxu.Az-a 5 saylı Kliniki Xəstəxanadan məlumat verilib. 

Bildirilib ki, ötən gün doqquz nəfər tonqalda yanma ilə bağlı müraciət edib:

“Yüngül xəsarət aldıqlarına görə ilkin yardım göstərilib və evə buraxılıb”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, çərşənbə tonqalının üzərindən tullanan zaman yanıq xəsarətləri alan 3 nəfər stansiyaya müraciət edib. Onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparıblar.

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.