Bakıda dəhşətli qəzada ölənlərin görüntüləri – FOTO/VİDEO

Cəmiyyət

Ötən gün Bakı-Qazax yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimlikləri məlum olub. 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-a bildirilib ki, hadisə ötən gün axşam saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 28,5-ci kilometrliyində qeydə alınıb:

“Belə ki, “Hovo” markalı yük avtomobilinin sürücü Qazax rayonunda istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə yolun sağ hissəsində olan QAZ markalı mikroavtobusla toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 3 sərnişin ölüb, sürücü isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonu ərazisində baş verən qəza zamanı 3 kişi hadisə yerində dünyasını dəyişib:

“Daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 


(Qaraşov Məhəmməd Zakir oğlu)

(Zeynalov Qayıb Nizami oğlu)

Aqil Vəlili

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir