Rüstəm İbrahimbəyovun oğlu: “Dedi ki, ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla”

Cəmiyyət

“İnsanın atasını itirməsi çox dərin kədərdir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.

O, atasının vəfatının gözlənilməz olduğunu vurğulayıb:

“Şadam ki, o, Bakıya gətirildi, vətənində dəfn ediləcək. Və arzulayanlar, onu sevənlər gəlib məzarını ziyarət edə biləcəklər. Əlbəttə, o, böyük insan, möhtəşəm ata idi”.

F.İbrahimbəyov bildirib ki, atası ölümqabağı ondan dostlarına salam çatdırmasını istəyib:

“O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir