Ötən gün Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada vəfat edib.
Oxu.Az-ın məlumatına görə, 1965-ci il təvəllüdlü Tamella Hümbətova xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, dünən “Hyundai” markalı mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 16 nəfər xəsarət alıb. Onlardan doqquz nəfər stasionar müalicəyə cəlb olunub.
İlhamə Əbülfət
www.102info.az